Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
HADİSƏ

Culfa Rayon Mərkəzi Stadionu yenidən qurulur

<b>Culfa Rayon Mərkəzi Stadionu yenidən qurulur</b>

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, Culfa Rayon Mərkəzi Stadionu müasir standartlara cavab verə biləcək şəkildə yenidən qurulur

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Gənclər və İdman Nazirliyi tərəfindən yenidən qurulan, uzunluğu 100, eni isə 60 metr olan təbii ot örtüklü stadion ərazisində 80 nəfərlik oturacaqlar quraşdırılacaq. Bununla yanaşı, stadionun ərazisində voleybol və basketbol, mini-futbol meydançaları, ehtiyat oyunçular üçün otaqlar da inşa ediləcək. Eyni zamanda burada sadə idman qurğuları quraşdırılacaq, qaçış və uzunluğa tullanma yarışlarının keçirilməsi üçün zolaq salınacaq.
Stadionun sulama sistemi də yenidən bərpa olunur və su nasosları yeniləri ilə əvəzlənir.
Gələcəkdə burada muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv