Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SİYASƏT

“Mitinq Qarabağ naminə milli birliyə töhfə verə bilmədi”

<font color=red><b>“Mitinq Qarabağ naminə milli birliyə töhfə verə bilmədi”</b></font>

BAXCP İdarə Heyəti: “Yeni mitinq barədə təşəbbüs göstərənlərə müqəddəs dəyərləri gözdən salmamağı, bir daha mövcüd vəziyyəti düzgün qiymətləndirməyi və öz qərarlarına yenidən baxmağı təklif edirik”

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
Sentyabrın 29-da “Qarabağa Azadlıq” şüarı ilə keçirilən mitinqi müzakirə edən BAXCP İdarə Heyəti bununla bağlı açıqlama yayıb. BAXCP İdarə Heyəti mitinqə vətəndaşların dəstək vermədiyini, mitinqin Qarabağ naminə milli birliyə töhfə verə bilmədiyini, azsaylı iştirakçısı olan aksiyaların danışıqlar prosesinə mənfi təsir göstərdiyini, mitinqdən sonra bu aksiyaya çağırış edənlərin böyük əksəriyyətinin bir-birini sosial şəbəkələrdə ağır formada təhqir və satqınlıqda suçlayıb ifşa etməklə nə qədər rəzil və mənfur ünsürlər olduqlarını, ictimaiyyətin artıq bu tipli adamlardan iyrəndiyini nəzərə alaraq, eyni şüarla yaxın zamanlarda yeni mitinqin çağırılmasını nəinki təqdir edir, hətta ziyanlı sayır. Buna görə də BAXCP yeni mitinq barədə təşəbbüs göstərənlərə öz məsuliyyətlərini dərk edərək müqəddəs dəyərləri gözdən salmamağı, bir daha mövcüd vəziyyəti düzgün qiymətləndirməyi və öz qərarlarına yenidən baxmağı təklif edir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv