Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
İQTİSADİYYAT

Azərbaycan məhsulları Qətərdə sərgilənir

<b>Azərbaycan məhsulları Qətərdə sərgilənir</b>

Qətərin Doha şəhərində “Birinci Beynəlxalq məhsullar” sərgisinin açılışı olub

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın Qətərdəki səfirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan məhsulları “Birinci Beynəlxalq məhsullar” sərgisində təqdim olunur.
10 ölkənin şırkətlərinin iştirak etdiyi sərgidə qida, tekstil, sənaye, dizayn və digər sahələrdə fəaliyyət göstərən 18 Azərbaycan şirkəti fərdi qaydada iştirak edir.
Digər sərgilərdə olduğu kimi “Birinci Beynəlxalq məhsullar” sərgisində də Azərbaycan məhsulları xarici şirkətlər və sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanır və məhsullarımızın ixracına dair ilkin danışıqlar aparılır.
Qeyd edək ki, Qətər “Birinci Beynəlxalq məhsullar” sərgisi oktyabrın 10-da başa çatır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv