Son xəbərlər
11 DEKABR
10 DEKABR
07 DEKABR
MEDİA

Radik Batırşin: “MİR” Dövlətlərarası Teleradio Şirkətinin məqsədi heç kimə zərər vurmamaqdır

<b>Radik Batırşin: “MİR” Dövlətlərarası Teleradio Şirkətinin məqsədi heç kimə zərər vurmamaqdır</b>

Oktyabrın 9-da “MİR” Dövlətlərarası Teleradio Şirkətinin 26 yaşı olur

Artıq 11 ildir Şirkətə rəhbərlik edən Radik Batırşin MİR-in digər telekanallardan fərqini qalmaqal və intriqaların zəngin olduğu proqramların yayımlanmasında görür.
R.Batırşin Trend-ə bildirib ki, “MİR” uşaqların da rahat izləyə biləcəyi bir televiziya kanalıdır: “Biz sağlam marağa və biliklərini yoxlamaq ehtiyacına əsaslanan maarifləndirici-əyləncəli televiziya yaradırıq. Ümumiyyətlə, biz maraqlı faktları sevirik və məmnuniyyətlə bunlar haqqında danışırıq”.
R.Batırşin deyib ki, “MİR” Dövlətlərarası Teleradio Şirkətinin məqsədi heç kimə zərər vurmamaq, hadisələri hər ölkənin öz adından verməkdir:
“Reportajları bizim milli filiallardakı jurnalistlər hazırlayır. Məsələn, Bakıdakı hadisəni Azərbaycan redaksiyasının, Astanadakı hadisəni Qazaxıstan redaksiyasının gözü ilə görürük. Minskdə baş verənlərdən bizə belaruslu jurnalistlər danışır. Bu, bizim aşkar üstünlüyümüzdür. Həm də əsas odur ki, bizim diqqətimizdə hər zaman sadə insandır. Biz Tbilisidəki aşpazın necə yaşadığını, Kişinyovdakı məktəblinin nə arzuladığını, Bişkekdəki sakinin nəyə can atdığını göstəririk”.
Qeyd edək ki, “MİR” Dövlətlərarası Teleradio Şirkəti 1992-ci ildə MDB məkanında informasiya mübadiləsini daha dolğun və düzgün çatdırmaq məqsədilə yaradılıb.
“MİR” Teleradio Şirkətinin verilişləri MDB-yə üzv olan 9 ölkədə, eləcə də Gürcüstanda, Baltik və Şərqi Avropa ölkələrində yayımlanır.
Hesablamalara görə, “MİR”, “MİR-24” və “MİR-HD” kanallarını gündəlik 140 milyona yaxın tamaşaçı izləyir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv