Son xəbərlər
07 DEKABR
06 DEKABR
05 DEKABR
HADİSƏ

Azərbaycan “ağıllı robot“ yaratdı

<b>Azərbaycan “ağıllı robot“ yaratdı</b>

Uzun illərdir dünyanın müxtəlif ölkələrində robotların insanların gündəlik həyatını necə sadələşdirdiyini görmüşük. Nəhayət ki, Azərbaycan da robot texnologiyasının rahatlığından istifadə edəcək

Trend-in məlumatına görə, iki ay ərzində BNB Dynamics "ağıllı robot" yaradıb. Yerli robotun adı "Bibot"dur.
Bir neçə dildə proqramlaşdırılan "Bibot" müxtəlif suallara cavab verə bilir. "Bibot"un əsas funksiyaları içərisində turistlərə və yerli əhaliyə xidmət dayanır. Robot lazım olduqda təcili yardım, yanğınsöndürən və polis çağırmağa da proqramlaşdırılıb. "Bibot" hər hansı bir AVM-də istifadə edilə bilər.
Gələcəkdə bu robotların sürətli prototiplərini inkişafı düşünülür. Onlar müxtəlif sənaye aspektlərində insanları əvəz edə biləcək.
Qeyd edək ki, BNB Dynamics şirkəti 2018-ci ildə Bakıda yaradılıb. Şirkətin əsas istiqaməti robot texnologiyası, sənaye dizaynı, proqram təminatı, süni intellektin hazırlanmasıdır.
Hazırda şirkət tam robot-humanoid surəti yaratmaq üçün layihə üzərində işləyir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv