Son xəbərlər
24 MAY
23 MAY
22 MAY
İQTİSADİYYAT

Azərbaycan “Cənub Qaz Dəhlizi“nə 1,5 milyard dollar cəlb etməyi planlaşdırır

<b>Azərbaycan “Cənub Qaz Dəhlizi“nə 1,5 milyard dollar cəlb etməyi planlaşdırır</b>

Azərbaycan 2018-ci ilin sonunadək "Cənub Qaz Dəhlizi" layihəsinə 1,5 milyard dollar cəlb edəcəyinə ümid edir

Trend-in məlumatına görə, bu barədə energetika və İKT üzrə Azərbaycan-Almaniya biznes-forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.
O qeyd edib: "Biz alman maliyyə resurslarının cəlb olunması üzərində işləyirik. 2018-ci ilin sonunadək 1,5 milyard dollar cəlb etməyi planlaşdırırıq".
Bundan əvvəl məlumat verilirdi ki, Azərbaycan "Cənub Qaz Dəhlizi" üçün Avropa banklarından 15 il müddətinə 1,5 milyard dollaradək vəsait cəlb etmək niyyətindədir.