Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
HADİSƏ

Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək

<b>Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək </b>

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru Frensis Qarrinin cari ilin iyununda Azərbaycana rəsmi səfəri zamanı Azərbaycanın uğurlu startap layihələrinin Cenevrədə təqdimatının keçirilməsi razılaşdırılib

Sonradan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) da Azərbaycanın bu təşəbbüsünü dəstəkləyıb və layihəyə qoşulmaq niyyətini bildirib.
Bu məqsədlə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təqdimat tədbirində iştirak edəcək startapların seçimi üzrə müsabiqə təşkil edilir.
Oktyabrın 9-da Əqli Mülkiyyət Agentliyində müsabiqənin ilk turu keçirilib. Müsabiqədə Azərbaycan Memaqlıq və İnşaat Universitetinin, Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının, o cümlədən Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilmiş layihələrin təqdimatları dinlənilib. Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələri də iştirak edib. Müsabiqənin növbəti turları yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, ölkəmizin təqdimat tədbirinin 2018-ci il 21 noyabr tarixində Cenevrədə keçirilməsi nəzərdə tutulub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv