Son xəbərlər
12 DEKABR
11 DEKABR
10 DEKABR
İQTİSADİYYAT

Dövlət Neft Fondu dünyanın ən nüfuzlu investorlarının siyahısında 10-cu yerdədir

<b>Dövlət Neft Fondu dünyanın ən nüfuzlu investorlarının siyahısında 10-cu yerdədir</b>

Azərbaycanın suveren fondu - Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2018-ci il dövlət vəsaitlərinin idarə edilməsi üzrə dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib. Qlobal miqyasda tanınan siyahıda ARDNF 10-cu yerdə qərarlaşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Neft Fondu məlumat yayıb.
Bildirilir ki, siyahıya mövcud şəraitdə vəsaitlərin idarə edilməsində fərqlənən dünyanın böyük suveren fondları, pensiya fondları, ianə fondları, mərkəzi bankları və sair təşkilatlar arasından seçilmiş 100 ən nüfuzlu investor daxil edilib.
Renkinq Suveren Fondlar İnstitutu tərəfindən qurumların fəaliyyətlərində tətbiq etdiyi innovasiyalar, xüsusi proqramlar, maliyyələşdirmə mexanizmləri, gəlirlilik göstəriciləri, mövcud şərait, həyata keçirilmiş təşəbbüslər kimi kriteriyalar nəzərə alınmaqla tərtib olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv