Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SİYASƏT

Hikmət Babaoğlu: Azərbaycan öz təhlükəsizliyini təmin edib və inkişafımızın da əsasında duran başlıca faktor budur

<b>Hikmət Babaoğlu: Azərbaycan öz təhlükəsizliyini təmin edib və inkişafımızın da əsasında duran başlıca faktor budur</b>

Dünyada təhlükəsizliyi təhdid edən risklərin artdığı bir vaxtda Azərbaycanda sabitlik və inkişaf mövcuddur

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışına münasibət bildirərkən deyib.
H.Babaoğlu bildirib ki, Prezident İlham Əliyev ölkəmizdəki iqtisadi-siyasi inkişafı təhlil edərək bunun əldə olunmasını dünyada baş verən qlobal proseslər kontekstində qiymətləndirdi:
“Cənab Prezident Azərbaycandakı sabitliyi qlobal proseslər kontekstində qiymətləndirərək qeyd etdi ki, sabitliyin əsasında Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət və onun xalq tərəfindən dəstəklənməsi durur. Bu, öz-özlüyündə həm Azərbaycanın inkişafını, həm də təhlükəsizlyini təmin edən mühüm sosial-siyasi faktordur. Prezident İlham Əliyev qeyd etdi ki, dünyada təhlükəsizliyi təhdid edən risklər artmaqdadır və köhnə risk ocaqları ləğv edilməmiş yeni belə risk ocaqları yaranır ki, bu kontekstdə münasibətləri sabit saxlamaq və ölkənin inkişafına nail olmaq olduqca çətindir”.
Millət vəkili qeyd edib ki, doğrudan da hazırkı beynəlxalq münasibətlər sistemində ayrıca götürülmüş bir dövlətin milli aktor kimi öz təhlükəsizliyini təmin etməsi heç də asan deyil: “Çünki “Security Community” adlandırılan yəni mühafizə olunan cəmiyyətlərdən kənardakı bu cəmiyyətlər əsas etibarilə Qərb və Şimali Atlantika strateji rayonlarını əhatə edir. Bunlardan kənarda milli aktorların öz təhlükəsizliyini təmin etməsi çox çətin məsələdir. Buna baxmayaraq, Azərbaycan öz təhlükəsizliyini təmin edib və inkişafımızın da əsasında duran başlıca faktor budur. Ancaq milli təhlükəsizliyin təmin olunması o qədər də sadə məsələ deyil. Beynəlxalq münasibətlərdə çoxsaylı iştirakçılar var və onların hər birinin öz maraqları var. Belə olan halda, mütləq toqquşan maraqların uzlaşdırılması və əməkdaşlıq platformasında qarşılıqlı maraqların təmin olunması ilə bağlı razılaşmalar əldə etmək lazımdır. Bu kontekstdə cənab Prezident Azərbaycanın qonşu ölkələrlə əlaqələrinə toxunaraq bildirdi ki, 2018-ci ildə Azərbaycanın qonşu ölkələrlə əlaqələri yeni pilləyə qədəm qoyub”.
Deputat hesab edir ki, bu aspektdə önə çıxan məsələlərdən biri də Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasıdır:
“Bildiyiniz kimi, Azərbaycan 5 Xəzəryanı ölkə ilə qonşudur və dünyada təhlükəsizliyi təhdid edən bu qədər risk ocaqları olduğu zamanda bir də qonşu ölkələrlə anlaşımazlığın olması əlbəttə ki, ciddi narahatedici məsələrdən biri idi. Uzun illərdir davam edən danışıqların bəhrə verməsi Xəzər ətrafında yeni şərtlər formalaşdırmaqla həm onu sülh dənizinə çevirdi, həm də Xəzərin resurslarından istifadə olunması üçün yeni perspektivlər yaratdı, eyni zamanda Xəzərdə yeni neft-qaz kommunikasiyalarının yaranması üçün şərtlər formalaşdırdı. Bu, Azərbaycan diplomatiyasının uğuru idi. Başqa vacib məsələ isə beynəlxalq təşkilatlarla münasibətlər və onların hazırkı səviyyəsidir. Cənab Prezident söylədi ki, Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın prioritetləri haqqında memorandum imzalanıb. Burada isə başlıca məsələ Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsidir ki, bu da bizim xarici siyasətimizin əsas prioritetlərindən biridir. Dünyanın ən böyük hərbi-siyasi təşkilatlarından biri olan NATO-nun 2018-ci il zirvə toplantısında Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatın qəbul edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və nüfüzundan xəbər verir”.
H.Babaoğlu bildirib ki, əlbəttə, xarici siyasətin qarşısında duran əsas məsələ Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasından ibarətdir:
“Bu istiqamətdə atılan strateji addımlar sayəsində Azərbaycan ordusunun gücü daim artır, ölkəmizdə hərbi paradlar və hərbi-sənaye məhsullarının sərgisi keçirilir. Əslində əsas məqsəd işğalçı ölkəyə gücümüzün nümayiş etdirilməsidir. Çünki güc nümayişi olmasa, sülhə məcburetmə də mümkün olmur. Azərbaycanın hərbi qüdrətinin artması, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişlənməsi hər şeydən öncə Azərbaycan xalqının sosial rifahı və iqtisadi inkişafının təmin olunmasından keçir. İclasda səsləndirilən rəqəmlər bir daha onu göstərdi ki, ötən 9 ay ərzində valyuta ehtiyatlarımız daha 3 milyard artaraq 45 milyarda çatıb. Bu, ciddi göstəricidir. Buna paralel olaraq Azərbaycanda yeni sosial problemlərin həll olunması, qaçqın və köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər keçirilir. Cənab Prezident görüləcək işlərlə bağlı qarşıdakı mərhələdə iqtisadi islahatların daha da dərinləşəcəyini bildirdi və həyata keçirilən bu layihələrin növbəti illərdə Azərbaycanın inkişafı üçün yaxşı perspektivlər yaratdığını qeyd etdi”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv