Son xəbərlər
11 DEKABR
10 DEKABR
07 DEKABR
DÜNYA

Tramp: ABŞ-ın razılığı olmadan Cənubi Koreya Şimali Koreyaya qarşı sanksiyaları ləğv etməyəcək

<b>Tramp: ABŞ-ın razılığı olmadan Cənubi Koreya Şimali Koreyaya qarşı sanksiyaları ləğv etməyəcək</b>

ABŞ Prezidenti Donald Tramp inanır ki, Vaşinqtonun razılığı olmadan Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaları ləğv etməyəcək

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi yazır.
Oktyabrın 10-da parlament dinləmələrində Cənubi Koreyanın xarici işlər naziri Kan Gyon Hva bildirib ki, Seul Pxenyana qarşı sanksiya rejiminin yumşaldılması imkanına baxır.
Həmin gün D.Tramp Cənubi Koreya XİN rəhbərinin bəyanatını faktiki olaraq etibarsız sayıb və bildirib ki, Vaşinqtonun razılığı olmadan Seul bu addımı atmayacaq:
"Onlar bizim razılığımız olmadan bunu etməyəcəklər".
Qeyd edək ki, rəsmi Seul tərəfindən Şimali Koreyaya qarşı birtərəfli sanksiyalar 2010-cu ildə Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin batırılmasından sonra tətbiq olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv