Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
DÜNYA

Amerikalı keşişin növbəti məhkəmə iclası başladı

<b>Amerikalı keşişin növbəti məhkəmə iclası başladı</b>

Bu gün İzmir vilayətində Ağır Cinayətlər Məhkəməsində amerikalı keşiş Endryu Bransonun işi üzrə dinləmələr başlayır

Trend-in məlumatına görə, Türkiyə KİV-ləri keşişin gücləndirlmiş nəzarət altında məhkəmə binasına gətirildiyini yazıblar.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı keşiş Endryu Bransonun həbsini şərh edərkən deyib ki, ABŞ Türkiyə ədalətinə hörmət etməlidir.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə demokratik və suveren respublikadır, heç kəs ölkənin hüquq-mühafizə işlərinə qarışa bilməz.
Xatırladaq ki, daha öncə Türkiyədə həbs olunmuş amerikalı keşişin vəkili İsmayıl Xalavurt müvəkkilinin ev dustaqlığı qərarının ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv