Son xəbərlər
24 MAY
23 MAY
MEDİA

KİV: Şimali Koreya hələ 100 il də beynəlxalq sanksiyalar altında yaşamağa hazırdır

<b>KİV: Şimali Koreya hələ 100 il də beynəlxalq sanksiyalar altında yaşamağa hazırdır</b>

Koreya Xalq Demokratik Respublikası (KXDR) öz gücü hesabına hələ 100 il də beynəlxalq sanksiyalar altında yaşamağa hazırdır

Trend-in məlumatına görə, bu barədə ölkənin nüfuzlu "Rodong Sinmun" qəzetində dərc olunan yazıda deyilir.
Yazıda ABŞ-ın Şimali Koreyaya qarşı yürütdüyü sanksiya siyasəti kəskin tənqid olunur:
"Sanksiyaların 10 və ya 100 il uzanacağı əhəmiyyətsizdir. Biz istənilən çətinlikləri dəf edəcək, dünyanın ən güclü dövləti və Yerdə sosializm cənnəti olacağıq".
Bununla əlaqədar KXDR vətəndaşlarına iqtisadi artıma, yerli texnologiyaların inkişafına nail olmaq üçün səyləri artırmaq çağırışı edilib.