Son xəbərlər
20 OKTYABR
19 OKTYABR
18 OKTYABR
17 OKTYABR
16 OKTYABR
SOSİAL

UNEC stendi qonaqların xüsusi marağına səbəb olub

<b>UNEC stendi qonaqların xüsusi marağına səbəb olub </b>

Bakı Ekspo Mərkəzində start götürmüş XII Azərbaycan beynəlxalq təhsil sərgisi çərçivəsində UNEC stendi ziyarətçilərin xüsusi marağına səbəb olub

Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov və nazir müavini Məhəbbət Vəliyeva UNEC stendinin xüsusi ziyarətçiləri olublar.
Xüsusi qonaqlara məlumat verilib ki, ekspozisiyada UNEC-in təqdim etdiyi mübadilə proqramları, UNEC-də təhsil alaraq xarici ölkələrin nüfuzlu ali məktəblərinin diplomlarını almaq imkanları, əlavə təqaüd fürsətləri, UDİD və digər faydalı məlumatlar əks olunub.
Xüsusi ziyarətçilər UNEC stendində "Texnologiya və dizayn" fakultəsinin tələbələrinin əl işlərini yerinə yetirmə prosesini izləyiblər. Burada tələbələr parçanın kompüterdə qrafik tərtibatı, nimçələrə ornamental naxışların verilməsi, akril boyalarla rəsm çəkilişi işlərini yerinə yetiririblər. UNEC stendində, həmçinin, dekorativ incəsənət nümunələri, malbert üzərində tələbələrin əl işləri, dekorativ naturmort, qrafik dekorativ boyakarlıq nümunələri xüsusi marağa səbəb olub.
Gün ərzində ali təhsil imkanları ilə maraqlanaraq UNEC stendinə yaxınlaşan ziyarətçilərin sualları cavablandırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv