Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
İDMAN

Gimnastımız beynəlxalq turnirdə gümüş medal qazanıb

<b>Gimnastımız beynəlxalq turnirdə gümüş medal qazanıb</b>

Çexiyanın Brno şəhərində bədii gimnastika üzrə təşkil olunan beynəlxalq turnir bu gün başa çatıb

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yığma komandamızın da təmsil olunduğu bu yarışda böyüklər və gənclər proqramı üzrə ümumilikdə 18 ölkə iştirak edib.
Gənclər arasında mübarizə aparan millimizin gimnastı Fatimə Əkbərova bu turnirdə uğurlu çıxışları ilə yadda qalıb. Belə ki, gənc gimnastın təsnifat mərhələsində hər 4 alət üzrə icra etdiyi çıxışlar ona bütün finallara vəsiqə qazandırıb. Əsas mərhələdə isə məhz lentlə çıxışına görə 14.550 xal toplayan F.Əkbərova yarışları gümüş medalla başa vurub.
Yığma komandamızın digər üzvü, böyüklər proqramında çıxış edən Darya Sorokina isə gürzlərlə çıxışına görə medalın bir addımlığında - 4-cü yerdə qərar tutub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv