Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
MƏDƏNİYYƏT

Bakıda Beynəlxalq Caz Festivalının açılışı olub

<b>Bakıda Beynəlxalq Caz Festivalının açılışı olub</b>

İfaçını caz janrının Britaniya neo-soul istiqamətinin “atası” adlandırırlar

Oktyabrın 14-də “Electra Events Hall”da Beynəlxalq Caz Festivalının açılışı münasibətilə tanınmış Britaniya soul-ifaçısı və bəstəkar Omar Lye-Fukun konserti olub.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, müxtəlif müsabiqə və festivalların iştirakçısı olan Omar Lye-Fuku ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb. .
Xatırladaq ki, oktyabrın 28-dək davam edəcək festival Mədəniyyət Nazirliyi və “Caz dünyası” jurnalının təşkilati dəstəyi ilə keçirilir.
Festival çərçivəsində oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində hazırda xaricdə yaşayan məşhur bakılılar – populyar pianoçu Leonid Ptaşka və virtuoz gitaraçı Həsən Bağırov çıxış edəcək. “Rotunda Jazz Club (Landmark)” səhnəsində 14 ölkədən gəlmiş qruplar cazın müxtəlif janrlarında öz ustalıqlarını nümayiş etdirəcəklər: Əfqan Rəsul, Elvin Bəşirov, Nurlan Abdullazadə (Azərbaycan), Laura Poldvere (Estoniya), Jan-Kristof Şoletin triosu (Fransa), “Music, music, music” qrupu (İsveç), Uv Steinmetz (Almaniya), Can Cankaya və Kaqan Yıldız (Türkiyə), Martin Saleminin triosu (Belçika), Xelqe Leinin triosu (Norveç), “Kodaly Spicy Jazz” qrupu (Macarıstan), Mişel Pippokuino (Braziliya), Ruben Xainin triosu (Hollandiya), Qreqori Maret – Kristi Daşel qrupu (ABŞ), habelə Norveç caz orkestri açıq məkanda çıxış edəcək. Axşam konsertlərindən sonra adlı-sanlı cazmenlərin və gənc ifaçıların iştirakı ilə cem-seyşnlər təşkil olunacaq.
Ənənəvi olaraq gənc caz ifaçılarının beynəlxalq müsabiqəsi keçiriləcək, rəssam Cəmalə Rəhmanlının “Azərbaycan caz qüllələri” sərgisi, kino tənqidçisi Ülvi Mehdinin “Caz janrının klassikası” təqdimatı olacaq və kinoprokat yenilikləri barədə məlumat veriləcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv