Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
MƏDƏNİYYƏT

Xanəndə: Qeyri-peşəkarlar aparıcılıq edirlər, dillərində qüsurlar var

<b>Xanəndə: Qeyri-peşəkarlar aparıcılıq edirlər, dillərində qüsurlar var</b>

"Hər kəs ana dilini qorumalıdır. Bu işə birinci ailədə başlanılmalıdır, sonra efirlərdə"

Trend-in məlumatına görə, bunu Xalq artisti Mənsum İbrahimov “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfransda deyib.
M.İbrahimov hər zaman tələbələrinə ana dilində sözləri düzgün tələffüz etməyi öyrətdiyini deyib: “Tələbələrimə deyirəm ki, ana dilində oxuyan zaman düzgün tələffüz edin, əks halda mahnı düzgün səslənməyəcək”.
Xanəndə telekanallarda qeyri-peşəkar aparıcıların olduğunu da bildirib: “Telekanalların sayının çox olması yaxşıdır, ancaq görürsən ki, qeyri-peşəkarlar gəlib aparıcılıq edirlər, dillərində qüsurlar var, yad sözlərdən istifadə edirlər. Bəzən bunu müasirlik kimi qəbul edirlər, ancaq bu, düzgün deyil. Hər kəs öz işində peşəkar olmalı, ana dilini qorumalıdır”.
O əlavə edib ki, ana dilinin qorunması ilə bağlı geniş təbliğat işi aparılmalıdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv