Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

Bakı metrosunda qatarda problem yarandı, intervalda gecikmə oldu

<b>Bakı metrosunda qatarda problem yarandı, intervalda gecikmə oldu</b>

Bakıda metroda qatarların hərəkətində gecikmə olub

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, intervalda baş verən gecikməyə səbəb "Neftçilər" stansiyasında qatar dalandan çıxarkən nasazlıq yaranması olub: "Saat 07:50-də "Neftçilər" stansiyasında 38-ci marşrut üzrə hərəkətdə olan, dalandan çıxan qatarda texniki problem yaranıb. Nəticədə qatar xəttə 5 dəqiqədən sonra çıxıb. Bu səbəbdən digər qatarların intervalında 7-9 dəqiqə gecikmə yaranıb".
B.Məmmədov bildirib ki, hazırda qatarların hərəkətində və intervalda heç bir problem yoxdur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv