Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
İQTİSADİYYAT

Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb

<b>Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb</b>

2018-ci il 1 oktyabr tarixinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 690 120 nəfər təşkil edir. Bu da ötən ilin müvafiq dövrü (3 528 466 nəfər) ilə müqayisədə 161 654 nəfər və ya 4,6 faiz çoxdur

Nazirlikdən Trend-ə verilən məlumata görə, fərdi uçot sistemində fərdi şəxsi hesabı olanların sayının çoxalması sosial sığorta sistemində aktiv iştiraka marağın getdikcə artmasının nəticəsidir. Sistemdə qeydiyyata alınan hər bir şəxs gələcəkdə pensiya təminatı hüququna malik olmaq üçün pensiya kapitalı toplamaq imkanı qazanır.
Nazirliyin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə sığortaolunanlar fərdi şəxsi hesablarında toplanan pensiya kapitalları barədə məlumat əldə edə, onlar üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesinə nəzarət edə blirlər.
Sığortaolunanların fərdi şəxsi hesablarında toplanan sığorta kapitalının hər il indeksləşdirilərək artırılması təmin olunur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv