Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
MEDİA

Lina Vaytkyaviçene: Azərbaycan transmilli informasiya agentliyi yaratmaqla bütün regionu qabaqlayıb

<b>Lina Vaytkyaviçene: Azərbaycan transmilli informasiya agentliyi yaratmaqla bütün regionu qabaqlayıb</b>

Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində ciddi keyfiyyət dəyişiklikləri baş verir. Modernləşdirmə ölkənin əsas inkişaf istiqamətləri üzrə, o cümlədən informasiya sahəsində həyata keçirilir

Bunu Day.az-a açıqlamasında TREND İnformasiya Agentliyinin baş direktorunun müavini Lina Vaytkyaviçene deyib.
O qeyd edib: “TREND İnformasiya Agentliyində təxminən bir il işlədikdən sonra fəxrlə deyə bilərəm ki, mən böyük regionun informasiya bazarının beynəlxalq səviyyədə tanınmış lideri olan agentlikdə çalışıram. Son aylarda TREND regional transmilli agentlik qismində öz nüfuzunu və mövcudluğunu genişləndirir, inamla dünya informasiya sistemində mövqeyini möhkəmləndirir”.
L.Vaytkyaviçene bildirib ki, TREND İnformasiya Agentliyi regionun ilk transmilli KİV-idir və bu, ölkənin uğurudur: "Biz hər gün dünyanın aparıcı KİV-lərində TREND-dən sitatlar və istinadlar görürük, regionun bir çox KİV-ləri TREND-ə çatmağa çalışır. Fikrimcə, bu, agentliyin fəaliyyətində qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə əlaqədardır. Bu, təkcə xəbərlərin deyil, həm də TREND-in xüsusi informasiya monitorinqlərinin dünyanın bütün nüfuzlu internet-media bazarları üçün əlçatan olmasına imkan verib. Bunun nəticəsi olaraq TREND dünya bazarının nüfuzlu iştirakçıları üçün Cənubi Qafqaz, İran və Mərkəzi Asiyadan xəbərlərin əsas tədarükçüsünə çevrilib”.
Onun sözlərinə görə, agentliyin məhsullarına yeni unikal giriş sistemi TREND-in gələcək inkişafı və auditoriyasının genişlənməsi üçün böyük nailiyyət olacaq: "Bu sistem sayəsində TREND-in informasiya məhsulları onlayn rejimdə çox sadə sxemdə əlçatan olacaq. İstifadəçilər ayrı-ayrı materiallardan analitik monitorinqlərədək agentliyin məhsullarına tam avtomatlaşdırılmış rejimdə onlayn baxa və istənilən sayda bir gündən bir ilədək müddətə əldə edə bilər".
Baş direktorun müavini hesab edir ki, agentliyin uğurlarına yol açan digər vacib amillər jurnalistikanın keyfiyyəti və fərqli üslubu, eləcə də son illərdə TREND-in öz jurnalistlərinin hazırlanması üçün xarici nüfuzlu nəşrlərdən mütəxəssisləri və jurnalistləri cəlb etməsidir: "İnnovasiyalar, KİV sahəsində ən son nailiyyətlərdən istifadə TREND-ə regionda aparıcı informasiya agentliyi statusunda möhkəmlənmək imkanı verib. ABŞ-ın Markett Universitetinin beynəlxalq əlaqələr üzrə eksperti Piter Teysin də vurğuladığı kimi, TREND Azərbaycanla dünya arasında körpüdür. Həqiqətən də bu gün oxucularımızın 70 faizi xaricdədir".
L.Vaytkyaviçenenin fikrincə, bu, TREND İnformasiya Agentliyinin yaxın perspektivdə strateji inkişaf planının hələlik birinci mərhələsidir: "Agentlik bundan sonra da regiondan dünyaya əsas informasiya pəncərəsi statusunun möhkəmlənməsinə yönəlmiş işini davam etdirəcək".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv