Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
DÜNYA

MKİ rəhbəri səudiyyəli jurnalistin ölümünün araşdırılması ilə bağlı Türkiyəyə gəlir

<b>MKİ rəhbəri səudiyyəli jurnalistin ölümünün araşdırılması ilə bağlı Türkiyəyə gəlir</b>

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Cina Hespel səudiyyəli jurnalist Camal Xaşuqcinin ölümünün araşdırılması ilə əlaqədar olaraq bu gün Türkiyəyə gələcək

Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.
C.Hespel səfəri çərçivəsində Türkiyənin rəsmi şəxsləri ilə görüşəcək.
Digər təfərrüatlar barədə məlumat verilmir.
Qeyd edək ki, oktyabrın 2-də ər-Riyadın siyasətini tənqid etməklə tanınan C.Xaşuqci Türkiyə vətəndaşı ilə nikahını rəsmiləşdirmək üçün sənədləri almaq məqsədilə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna gedəndən sonra itkin düşüb. Bir neçə gün sonra Türkiyə polisi onun itkin düşməsi ilə bağlı araşdırmalara başlayıb.
Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti C.Xaşuqcinin Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv