Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

Metaləritmə sexinin fəaliyyətinin dayandırılması tələbi ilə məhkəməyə müraciət olunacaq

<b>Metaləritmə sexinin fəaliyyətinin dayandırılması tələbi ilə məhkəməyə müraciət olunacaq</b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Bakı Elektriktökmə” Açıq Səhmdar Cəmiyyətinin ərazisində fəaliyyət göstərən metaləritmə sexindən havaya qara tüstü atılması ilə bağlı yenidən şikayət daxil olub. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri həmin sexin ərazisində növbəti dəfə monitorinq keçirib və atmosfer havasından nümunələr götürüblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümunələr üzərində aparılan fiziki-kimyəvi analizlərin nəticələrinə görə atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyən edilib.
Qeyd edək ki, bu ilin sentyabrında nazirliyin əməkdaşları havanı çirkləndirdiyinə görə metaltökmə sexinin sahibi Məmməd Ələkbərovu fiziki şəxs qismində 3000 manat məbləğində cərimələyib, ona müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli “məcburi göstəriş” veriblər.
Sexin sahibi sentyabrda ona verilən məcburi göstərişin tələblərini yerinə yetirmədiyi üçün vəzifəli şəxs qismində 4800 manat məbləğində yenidən cərimələnib. Sexin fəaliyyətinin dayandırılması tələbi ilə məhkəməyə müraciət olunması üçün sənədləşmə işləri aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv