Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
İDMAN

UEFA Gənclər Liqası: “Qəbələ” komandası “Şerif”in qonağı olacaq

<b>UEFA Gənclər Liqası: “Qəbələ” komandası “Şerif”in qonağı olacaq</b>

UEFA Gənclər Liqası turnirində iştirak edən “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün cavab oyununu keçirəcək

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Tiraspol şəhərində Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq.
“Şerif kiçik Arena”da keçiriləcək oyunu Kiprdən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Timozeos Kristofiyə olacaq. Ona Georgios Savva və Andreas Mikaelides kömək edəcəklər. Dördüncü hakim funksiyasını moldovalı İon Orlik yerinə yetirəcək.
Qeyd edək ki, komandalar arasında oktyabrın 3-də Qəbələdə keçirilmiş ilk oyun 1:1 hesabı ilə başa çatıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv