Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
MƏDƏNİYYƏT

Xalq yazıçısı Ənvər Məmmədxanlının “Babək” romanı Türkiyədə nəşr olunub

<b>Xalq yazıçısı Ənvər Məmmədxanlının “Babək” romanı Türkiyədə nəşr olunub</b>

“Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunan kitab türkiyəli oxuculara təqdim edilib

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, yaxın tarixdə layihə üzrə Türkiyədə görkəmli yazıçı, kinodramaturq Ənvər Məmmədxanlının “Babək” romanı nəşr olunub. Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevirilən və “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunan kitab türkiyəli oxuculara təqdim edilib.
Görkəmli yazıçı Ənvər Məmmədxanlının Azərbaycanın tarixi qəhrəmanı Babək barədə qələmə aldığı "Babək" romanı orijinal təhkiyə tərzi və tarixi koloriti əks etdirməsi baxımından qiymətli əsərdir. Qeyd edək ki, Ənvər Məmmədxanlı romanı sonadək tamamlaya bilməmişdi, ölümündən sonra Xalq yazıçısı Anar həmin romanı və Ə.Məmmədxanlının “Babək” kinossenarisini birləşdirib “Azərbaycan” jurnalında çap etdirib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv