Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

Xeyli miqdarda dərman preparatlarının qanunsuz yolla gətirilməsinin qarşısı alınıb

<b>Xeyli miqdarda dərman preparatlarının qanunsuz yolla gətirilməsinin qarşısı alınıb</b>

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman preparatı, qida əlavəsi və tibbi ləvazimatın ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar

DGK-dan Trend-ə verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı Əjdər Kərimov gömrük nəzarətini "yaşıl dəhliz"lə keçərkən saxlanılıb və çantalarının rentgen aparatında yoxlanılması üçün "qırmızı dəhliz"ə yönləndirilib.
Yoxlama nəticəsində çantalarda dərman preparatlarının olduğu müəyyən edilib.
Şifahi sorğu-sual zamanı Əjdər Kərimov İstanbuldan Bakıya tanışı Samir Bağırlı ilə birlikdə gəldiyini, malların sonuncuya məxsus olduğunu bildirib.
Daha sonra gömrük zonasını tərk edən Samir Bağırlının olduğu yer müəyyən edilib və o, baqajının təkrar yoxlanılması üçün geriyə qaytarılıb.
Təkrar yoxlama nəticəsində isə sahibi Samir Bağırlı olan 2 ədəd əl çantasında və 4 ədəd baqajda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, yazılı və ya elektron formada bəyan edilməmiş 137 adda dərman preparatı, qida əlavəsi, tibbi ləvazimat və 35 ədəd eynək aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv