Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
İQTİSADİYYAT

İnsan üzündəki barkod sistem

<b>İnsan üzündəki barkod sistem</b>

Supermarketdən aldığınız məhsulların qiyməti onların üstündə yerləşən barkodların kassada oxunması ilə müəyyən edilir

Son illərdə gündəlik həyatımızı asanlaşdırmaq üçün istifadə edilən barkod sisteminin bir bənzəri də insan üzündə mövcuddur. Uca Allahın bənzərsiz fərqlilikdəki yaratma sənətinin təcəllisi kimi insanların hər biri fərqli üzə malikdir. Ancaq üzlər nə qədər müxtəlif və çox olsa da,tanış birinin üzünü tanımaq bir neçə saniyə çəkir. Bəs bu tanıma prosesi necə baş verir? Beyindəki üz tanıma prosesi necə baş verir?
Üzün tanınması vizual korteksdə baş verən çox mürəkkəb prosesdir. Bu tanıma prosesinin beyində necə həyata keçdiyini araşdıran elm adamları çox təəccüblü nəticələrlə qarşılaşmışlar. Çünki aparılan tədqiqatlarda üzün beyin tərəfindən oxunan barkod sisteminə malik olduğu kəşf edilmişdir. Bu sistemə əsasən:
Əvvəlcə qaşlar, gözlər, dodaqlar kimi üfüqi xətt əmələ gətirən xüsusiyyətlər beyin tərəfindən qavranılır, sonra bu xətlər qara və ağ rənglərdə kodlanır.
Dəri və yanaqlar parlaqlığına görə ağ, dodaqlarımız, qaşlarımız və göz çuxurlarımız da kölgəliklərinə görə qara kodlanır.
Tədqiqatı aparan dr. Dakin: “Bu cür üfüqi məlumat xətləri supermarket barkodlarını xatırladır”, - deyərək bu kod sisteminə diqqət çəkib.
Məlum olduğu kimi, supermarket barkodları məlumat əldə etməyin ən effektiv yoludur. Düz, tək ölçülü xətlər, saylar kimi 2 rəqəmli simvollardan daha asan tanınır.
Elm adamları üzdəki barkod sisteminin “daha yaxşı üz tanıma proqramları” hazırlamaq baxımından çox vacib olduğunu bildirirlər. Üz tanıma proqramları nə qədər təkmil olsalar da, insanların çoxluq təşkil etdiyi yerlərdə üzləri tanımaqda çətinlik çəkirlər. Ancaq üzdəki bu barkod sisteminin təqlid edilməsi polislərin hava limanında cinayətkarları müəyyən etmək üçün istifadə etdiyi CCTV kameralarının təkmilləşdirilməsinə kömək edəcək.
BSC Consultıng & Outsourcıng Company









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv