Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
MEDİA

Qaşıqçı cinayəti – qlobal qətl və pərdəarxası məqamlar

<font color=red><b>Qaşıqçı cinayəti – qlobal qətl və pərdəarxası məqamlar</b></font>

Dünyada çox ciddi proseslər baş verir, geosiyasi mənzərə dəyişir ki, bu da ciddi fəsadlara, qarşıdurmalara gətirib çıxarır. Hər gün yeni toqquşma ocaqları yaradılır ki, bəzən bunun məntiqi izahını tapmaq mümkün olmur. Baş verənlərlə təqdim olunanlar tamam fərqlidir. Transmilli KİV-in bizə təqdim etdiyi dünya ilə gerçək dünya arasında çox ciddi fərqlər mövcuddur

Biz, dünyanın idarə olunması prosesi, həmişə bu prosesin mərkəzində olan dövlətlərdən biri - ABŞ-ın hazrkı idarəçiliyinə yiyələnmiş təfəkkür tərzi barədə təsəvvürə sahib olmasaq pərdəarxası məqamları görməyimiz və hadisələrə real qiymət verməyimiz mümkün deyil.
Transmilli KİV-in baş verən qlobal hadisələr, eyni zamanda Yaxın Şərqdəki proseslərlə bağlı dünya ictimaiyyətinə təqdim etdiyi informasiya və analitika həqiqətləri özündə əks etdirmir. Daha çox mahiyyət deyil, detallar və texniki məsələlər müzakirə olunur, ön plana çıxarılır.
Həqiqətənmi ABŞ və Rusiya və digər ölkələr kimi nəhənglər məsələn, Suriya problemini çözmək iqtidarında deyillər? Bu nağıla inanmaq nə qədər mümkündür?
Fikrimcə, biz hadisələrə transmilli medianın təqdim etdiyi hazır analitika məhsulu ilə qiymət verməməliyik.
Dünya nizamı barəsindəki nəzəriyyələrlə hazırda geosiyasi proseslərdə aktiv rol alan liderlərin çıxışlarının müqayisəsini aparsaq həqiqətləri müəyyən qədər görməyimiz mükündür.
Baş verənlər onu deməyə əsas verir ki, yeni dünya düzənində ABŞ əvvəlki kimi supergüc olaraq qalmayacaq. Supergüc Çin olacaq və bununla da yeni qlobal iqtisadi, siyasi, hərbi güc mərkəzlərinin əsası qoyulacaq. Baş verən proseslərə nəzər salsaq bunun işartılarını görmək mümkündür. Məsələn NATO-nun faktiki dağılma təhlükəsi ilə üz üzə qalması, Çinin dünya bazarlarını ələ küçirməsi, ABŞ-ın xarici borcunun ilbəil artması, Vaşinqtonun cığal addımları, ağlasığmaz sanksiyaları və.s.
Dünya cəbhələrə ayrılmış durumdadır. Bir qlobal oliqarxiyanın yeni dünya nizamına start verməsinin yanında yer alan və bu prosesdə öz maraqlarını təmin etməyə çalışan dövlətlər və ABŞ-ın hazırkı idarəçiliyini ələ keçirən və ABŞ-ın güc mərkəzi olaraq qalmasını istəyən yevangelistlər.
Geosiyasi proseslərdə aktiv rol alan liderlərin çıxışlarındakı tezislərə baxsaq, sadalanan proseslərə məntiqi izah tapmaq mümkündür.
Dolların əslində Amerika dövlətinə deyil, qlobal oliqarxiyaya məxsus olması bütün dünyaya bəllidir və artıq qəbul olunmuş məsələdir. FED, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı və .s kimi nəhəng qurumlar da qlobal oliqarxiyaya məxsusdur. Qlobal oliqarxiyanın başında dayananlar isə dünyaca məşhur Rotşild və Rokfellerə məxsus güc mərkəzləridir.

Dünyanı xaosa kimlər sürükləyir?

Yevangelistlər isə hazırda ABŞ-ı idarə edirlər və öz dini inanclarını dünyada reallaşdırmağa çalışırlar. Qeyd edək ki, yevangelizm protestantlığın bir qolu sayılan təriqətdur. Bu dini - ideoloji düşüncəyə görə, Allah onları üstün yaradıb və onlar dünyaya tam olaraq hakim olmalıdırlar. Onlara görə, Allah yevangelistlərə belə əmr edir. Bunun üçün isə dünya xaos mərhələsindən keçməli və qiyamət insanların əli ilə başlamalıdır. Qiyamətdən sonra isə İsa Məsih zühur edəcək və yevangelistlər dünyaya tam olaraq hakim olacaqlar.
İndi biz dünyanın real mənzərəsinə baxırıqsa və baş verənlərin məntiqi izahını tapa bilmiriksə o zaman prosesləri bu nəzəriyyələr fonunda təhlil etməliyik.
Onu da əlavə edək ki, ABŞ vətəndaşlarının 100 milyonunun yevangelist inancına sahib olduğu bildirilir ki, bu da seçkidə həlledici amildir.
Yaxın Şərqdə baş verən xaotik durum, ABŞ-ın az qala bütün dünyaya sanksiyalar tətbiq etməsi ilə dünyada iqtisadi təlatümlərin yaradılması deyilənlərin əslində boşuna olmadığını göstərir. BMT-nin son toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “dünyanı xaosa sürükləmək asandır, amma dünyanın nizamını saxlamaq çox çətindir. Bəzi ölkələr israrla xaos çıxarmağa çalışır... Dünya təhlükəylə qarşı qarşıyadır”, - ifadəsi nəyə hesablanmışdı və kimlərə ünvanlanmışdı?

Putin və cənnət-cəhənnəm məsələsi

Bundan başqa, Rusiya prezidenti Vladimir Putinin “Valday” forumunda çıxışı zamanı fikirlərinə diqqət edək: “Təcavüzkar bilməlidir ki, qisas qaçılmazdır, və o məhv ediləcək. Biz təcavüz qurbanları kimi cənnətə düşəcəyik. Onlar isə sadəcə, məhv olacaqlar, çünki hətta tövbə etməyə vaxt tapmayacaqlar”.
Maraqlıdır, Putin niyə cənnət və cəhənnəmdən danışır? Beynəlxalq siyasi münasibətlər sistemində dini inanc nə zamandan həlledici rola malik olub, ümumiyyətlə, hansısa rola malik olubmu?
Bundan başqa, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürərkən, Türkiyə prezidentinin “bu işin arxasında yevangelistlər var”, - deməsi təsadüfi idimi?
Xatırladaq ki, ABŞ-ın vitse presisenti Mayk Pens “mən yevangelistəm”,- deyə hansı düçüncəyə sahib olduğunu ifadə edib. Həmçinin maliyyə və xarici işlər nazirilərinin də yevangelist olduğu bəllidir. Eyni zamanda əsas postlarda, o cümlədən pentaqonda güclü dayaqlarının olması bildirilir.
Türkiyə nəyə görə dini dövlət siyasəti səviyyəsinə qaldırır? Əroğan davamlı olaraq “qalib olan yalnız Allahdır”, - kəlamına inanaraq yolumuza davam edirik”, - deyərkən nəyə işarə edir?
Çünki dünyada həm də dini-ideoloji çatışma gedir. İslam dini isə yevangelist ideloji xəttinə qarşı ən güclü ideoloji vasitədir və yevangelist ideologiyasını birmənalı olaraq rədd edir. İslama görə, insanlar biri birindən üstün deyil, qiyamət yalnız Allahın istəyi ilə olacaq, qalib olan isə yalnız Allahdır.

Tramp üçün FED təhlükəsi

Qlobal oliqarxiya isə təbii ki daha güclüdür və çatışan maraqların dünyaya ciddi təsirləri qaçılmazdır. Onu da nəzərdən qaçırmayaq ki, ABŞ-ı bu səviyyəyə çatdıran və eyni zamanda, 22 trilyon borc bataqlığına sürükləyən də qlobal oliqarxiyadır. ÇİN-in isə supergücə çevrilməsi prosesi gedir, bu prosesə dəstək verən dövlətlər isə yevangelist amerikası tərəfindən cəzalandırılır. Təbii ki, bu iddia məntiqsiz görünə bilər. Amma son hadisələrə baxsaq əslində məntiqi izah tapmaq mümkündür. ABŞ-ın Türkiyəyə qarşı yevangelist keşiş Branson üzərindən təzyiqi və digər ölkələrə qarşı sanksiyaları verilən mesaj kimi dəyərləndirilməlidir.
Əvvəlcə qeyd edək ki, Çinin ixracatının 50 faizdən çoxu Çin dövlətinə deyil, xarici sərmayəçilərə məxsusdur. Çinin kömür mədənlərinin istifadəsinin Rokfellerlərə məxsus olması faktı məsələnin mahiyyətini anlamaq üçün yetərlidir.
Bütün bu hadisələrin fonunda isə ABŞ prezidenti Donald Tramp “mənim üçün ən böyük təhlükə FED-dir. Çünki o, tez-tez faizləri qaldırır və çox müstəqildir”, - deyir. FED Amerika dövlətinə məxsus olmadığı və bu qurumun sahiblərinin yeni dünya düzənində ABŞ-ın supergüc olaraq qalmayacağına qərar verdiyi və bu da ABŞ-ı supergüc olaraq saxlamaqda qərarlı olan, Trampı prezident kürrsüsünə əyləşdirən yevangelistlərin maraqlarına toxunduğu üçün düşməndir.
ABŞ-ın supergüc olmayacağını təsdiqləyən daha bir fakt isə yevangelist Amerikasının Türkiyəyə təzyiqi zamanı Avropa İttifaqının da Türkiyənin yanında yer alması oldu.

Avropa Birliyi ABŞ-a qarşı

Bundan başqa Avropa İttifaqı ölkələrini təmsil edən 30 lider və Asiyanın 21 dövlət başçısının Brüsseldə zirvə görüşü mənzərəni bir az da aydınlaşdırır. İki ildən bir keçirilən sammitə bu dəfə məxsusi olaraq Çinin hakim partiyasının ikinci nüfuzlu nümayəndəsi Li Keçianqda qatılmışdı.
51 ölkə lideri ABŞ Prezidenti Donald Trampın təhdidlərinə qarşı Dünya Ticarət Təşkilatının tam dəstək verdiyini bildirib, eyni zamanda iqlim dəyişikliyi ilə bağlı məsələləri müzakirə ediblər.
Qlobal ticarət həcminin 55 faizini təmsil edən liderlər AZAD TİCARƏTİ dəstəkləmək və hər cür müdafiəçi siyasətə qarşı olduqlarını vurğulayıblar.
Qeyd edək ki, Donald Tramp ABŞ-la qlobal ticarətdə olduqca pis davranıldığını və Dünya Ticarət Təşkilatının buna görə məsuliyyət daşıdığını bəyan edib. Bundan sonra ABŞ iqtisadiyyatda özünümüdafiə siyasətinə uyğun olaraq Çinə ticari sanksiyalar haqqında qərar verib.
1996-cı ildən bu yana iki ildən bir keçirilən zirvə görüşündə Avropa Birliyinin yüksək çinli rəsmilərindən biri belə deyib: “Bu, Avropa Birliyinin Breksitdən daha böyük olduğuna və onun Vaşinqtondan başqa da müttəfiqlərinin mövcudluğuna bir mesajdır”.
Toplantıda 2015-ci ildən bu yana qanunsuz yollarla Avropa İttifaqı ölkələrinə köç edən qaçqınların sayının 95 faiz azaldığı bildirilib.
Liderlər toplantı zamanı xüsusilə Türkiyə ilə bağlanan qaçqın və köçkünlərlə bağlı anlaşmanın qorunub saxlanması və inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Avropa Birliyi dövlətlərindən biri də Fransadır. Hansı ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları zamanı Almaniya ilə yanaşı Fransa da Vaşinqtona qarşı çıxmışdı. Fransa prezidenti Makronun xanımı isə Rotşild ailəsinə yaxın bir isimdir. Belə olan halda Fransanın da ABŞ-a qarşı çıxması qlobal oliqarxiya ilə yevangelistlər arasında toqquşmaın təsdiqləyən faktorlardan biridir. Avropa Birliyi ölkələrinin “Vaşinqtondan başqa da müttəfiqlərimiz var” ifadəsinin başında isə Çin dayanır.
Təbii ki, dünya format olunur, ciddi dəyişikliklər baş verir. Bu isə gərgin proseslərlə müşahidə edilir. Dövlətlər isə dünya ictimaiyyətindən fərqli olaraq baş verənlərin fərqindədir və strateji planlar bu günə deyil, uzaq perspektivə hesablanır.

Nədən konsulluq?

Bütün bu geosiyasi mənzərədən sonra isə Qaşıqçı olayına nəzər salmaq mümkündür. Əvvəlcə bütün dünya mediasının müzakirə etdiyi məsələ Səudiyyə Ərəbistanının nəyə görə, qaşıqçını məhz öz konsulluğunda öldümərsi məsələsidir. Qaşıqçının xüsusi cangüdənləri yox idisə, hər hansı bir yerdə onu öldürtmək omazdımı? Əlbəttə, mümkün idi. Belə olan halda nədən konsulluq seçildi? Deməli, bu addım kimlərinsə işinə yaramalı idi. Həmçinin Qaşıqçı konsulluqda nəinki öldürüləcəyini, hətta təzyiqə məruz qalacağını 1 faiz belə güman etsəydi ora gedərdimi? Digər tərəfdən Qaşıqçının Səudiyyə hökumətinə qarşı sərt müxalif mövqedə olmadığı da üzə çıxan məsələlrdən biridir. Belə olan halda nədən transmilli KİV Qaşıqçını sərt müxalif jurnalist kimi qələmə verir?
Hadisədən sonrakı proseslər isə daha maraqlıdır.
Hadisədən sonra dünya mediasında müxtəlif iddialar yer almaqdadır. ABŞ-ın Səudiyyə Ərəbistanına verəcəyi 201 milyard dollar vəsaitin 2035-ci ilə qədər dondurulduğu bildirilir. 2035-ci ildə bu məbləğin Səudiyyə Ərəbistanına verilib-verilməyəcəyinə qərar veriləcək. Bundan başqa, Səudiyyə Ərəbistanının “Apple” daxil olmaqla ABŞ-la birgə fəaliyyət göstərdiyi 46 transmilli şirkətdəki payının ABŞ-a verilməsi ilə bağlı dünya mediasında ididalar var. Bu da 750 milyard dollar məbləğində olan bir vəsait deməkdir.
Digər maraqlı suallar isə silah anlaşması ilə bağlıdır. Stockholm Beynəlxalq Sülh Araşdırmaları Institutunun (Sipri) məlumatına görə, Səudiyyə Ərəbistanının hərbi büdcəsi 2017-ci ildə dünyada həcminə görə üçüncü hərbi büdcə olub, həmin ildə ölkə ABŞ ilə 110 milyard dollarlıq silah müqaviləsi bağlayıb. Həmin müqavilədə qeyd olunub ki, 10 il müddətində xərclər 350 milyarda çata bilər. Əgər ABŞ Səudiyyə Ərəbistanını bu qətldə günahlandırırsa, o zaman niyə silah anlaşmasını ləğv etmir? Əksinə, Tramp silah anlaşmasının davam etdiriləcəyinə işarə vurur və bu anlaşma da toplam olaraq 350 milyard dollar həcmindədir. Dərhal qüvvəyə minən müqavilənin dəyəri 110 isə milyard dollardır.

Cəza metodu

Bir müddət öncə isə Tramp Səudiyyə Ərəbistanını asıb-kəsirdi. Tramp kral Salmana xitabən “biz olmasaq o taxtda bir həftə belə qala bilməzsən”, - deyəndə Səudiyyə Ərəbistanının cəzalandırılacağı bəlli idi...Amma necə? Necəsini isə Vaşinqtondan başqa heç kim bilmirdi və heç kimin ağlına gəlməsi də mümkün deyildi.
Vaşinqtonun Səudiyyə Ərəbistanını niyə cəzalandırması ilə bağlı isə 2 versiya mövcuddur. Birincisi Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun Çinə investisiya yatırması məsələsidir. Xatırladaq ki, şirkətin vitse-prezidenti Abdulaziz el-Judaimi deyib ki, “Aramco” Çinin şərqindəki neft emalı və neft-kimya layihəsinə sərmayə yatıracaq. Şirkət neft emalı və neft-kimya layihəsində pay sahibi olmağı planlaşdırır: “Zhejiang əyalətindəki neft emalı və neft-kimya layihəsinə sərmayə yatırmaq üçün müqavilə imzalayacağıq”.
“Saudi Aramco” layihənin operatoru olan “Zhejiang Rongsheng” şirkəti ilə xam neft tədarükünə dair uzunmüddətli müqavilə imzalayıb. “Rongsheng Holding Group”un 51 faizlik səhmdarı olduğu “Zhejiang Petrochemical” şirkəti 2018-ci ilin sonlarında Çinin şərqində 400 min barrel gücə malik neft emalı və neft-kimya layihəsini reallaşdırmağı planlaşdırır.
Ekspertlər hesab edirlər ki, Səudiyyə Ərəbistanı Çinlə neft müqviləsi Çinin istehsal gecü daha da artcaq ki, bu isə ABŞ-ın maraqlarına cavab vermir.
İkincisi məsələ isə Rusiya ilə Səudiyyə arasındakı silah anlaşmasıdır.
Rusiyalı politoloq Oleq Kuznetsov bildirib ki, Rusiya ilə Ərəbistan arasındakı silah müqaviləsi silahların qismən “lokallaşdırılmasını” nəzərdə tutur, yəni silahların istehsalı, təmiri və xidmət göstərilməsi texnologiyası krallığa verilir: “O cümlədən Səudiyyə Ərəbistanında “Kalaşnikov” avtomatlarının ən son modellərini və onun sursatını istehsal edən zavod tikiləcək. Bu da öz növbəsində saudilərin regional silah bazarında lisenziyalı silah satışını təşkil etdikcə, Rusiya birdəfəlik deyil, gələcəkdə perspektiv gəlir əldə etmək imkanı qazanacaq. Böyük ehtimalla Rusiyanın atıcı silahları 10-15 il ərzində təkcə Yaxın Şərqdə deyil, həmçinin bütün Afrikada Amerikanın yüngül silahlarını sıxışdırıb çıxaracaq. Buna isə Amerika heç vəclə razı ola bilməz. Silah satışında yeni bazarlar uğrunda mübarizədə hər vasitədən istifadə etmək olar, hətta siyasi vasitələrdən də”.
Bütün bu faktlar bizə az çox müəyyən təsəvvür imkanı verir. Dünyada nə baş verir, dünyanı xaosa kimlər sürükləyir, cəbhələşmə və dövlətlərin bu cəbhələşmədə yeri və rolu nədən ibarətdir? Bütün bu detallardan sonra Qaşıqçı olayının mahiyyəti barədə məntiqli fikir yürütmək mümkündür. Qaşıqçı qlobal qətldir və o, gerçək dünyanın ağlasığmaz cəza metodunun qurbanıdır...

Əli Zülfqaroğlu









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv