Son xəbərlər
16 NOYABR
15 NOYABR
14 NOYABR
İQTİSADİYYAT

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin iclası keçiriləcək

<b>Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin iclası keçiriləcək</b>

Oktyabrın 26-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 6-cı iclası keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, iclasda İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Hadi Süleymanpur, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, ECO-ya üzv olan 10 ölkənin yüksəksəviyyəli nümayəndələri, o cümlədən həmin dövlətlərin ölkəmizdəki fövqaladə və səlahiyyətli səfirləri iştirak edəcəklər. Türkiyənin Özəlləşmə Təşkilatının prezidenti Ahmet Aksu, İranın Özəlləşmə Təşkilatının prezidenti Mir Ali Aşraf Abdollah Pourihossein, Avropa İttifaqının enerji sahəsi üzrə baş eksperti Erik Somelar, Beynəlxalq Maliyyə Korporasiyasının dövlət-özəl tərəfdaşlığı layihələri üzrə baş eksperti Alibek Abdrəhmanov da tədbirin qonaqları olacaqlar.
Tədbirin keçirilməsindən əsas məqsəd ECO-ya üzv ölkələr arasında özəlləşmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin və müzakirələrin aparılması, uğurlu layihələrin birgə icrası, o cümlədən iqtisadiyyatda bu sahənin perspektivliyinin artırılması ilə bağlı ideya bankının formlaşaması, mövcud vəziyyətin dəyərləndirilməsi, investisiyaların cəlb edilməsidir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv