Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

Körfəz Əməkdaşlıq Şurasının rəsmisi: Mədəniyyətlərarası əlaqələr sahəsində Azərbaycan regionda xüsusi rol oynayır

<b>Körfəz Əməkdaşlıq Şurasının rəsmisi: Mədəniyyətlərarası əlaqələr sahəsində Azərbaycan regionda xüsusi rol oynayır</b>

Dünyadakı bir çox münaqişələr, o cümlədən ərəb dünyasındakı münaqişələr insanlar arasındakı səhv təsəvvürlər əsasında yaranır

Trend-in məlumatına görə, bunu Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin müavini Əbdel Əziz Abu Hamad Aluvayşeq "Bakı prosesi - insan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri" adlı sessiyada çıxışı zamanı deyib.
Mərkəzi Asiyada və Qafqazda mədəniyyətlərarası dialoqla bağlı layihələrin gələcəkdə də həyata keçiriləcəyinə ümid etdiyini deyən Əbdel Əziz Abu Hamad Aluvayşeq bildirib ki, dialoqun qurulmasına özəl sektor da öz töhfəsini verə bilər.
O əlavə edib ki, ticarət və mədəniyyətlərarası əlaqələr sahəsində Azərbaycan regionda xüsusi rol oynayır.
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv