Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

Nazir müavini: Azərbaycan gəncliyi cəmiyyətdə dayanıqlı və inklüziv inkişaf prosesində böyük rol oynayır

<b>Nazir müavini: Azərbaycan gəncliyi cəmiyyətdə dayanıqlı və inklüziv inkişaf prosesində böyük rol oynayır</b>

Azərbaycan gəncliyi cəmiyyətdə dayanıqlı və inklüziv inkişaf prosesində böyük rol oynayır

Trend-in məlumatına görə, bunu Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumunda deyib.
Onun sözlərinə görə, gənclik mütərəqqi proseslərin flaqmanıdır.
Nazir müavini gənclərin beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılmasında fəal iştirakının vacibliyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv