Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
İQTİSADİYYAT

Arıçılıq məhsullarının yarmarkasında 100 tondan artıq bal satılıb

<b>Arıçılıq məhsullarının yarmarkasında 100 tondan artıq bal satılıb</b>

Oktyabrın 5-28-də Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında 100 tondan artıq bal satılıb

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov Trend-ə bildirib ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmuş yarmarkaya Azərbaycanın bütün iqtisadi rayonlarından 380-ə yaxın arıçı qatılıb. Ümumilikdə yarmarkaya çıxarılmaq üçün 150 ton süzmə bal təqdim olunub. Bal nümunələrindən götürülən laborator analizlər nəticəsində 30 tona yaxın balın keyfiyyətinin standartlardan aşağı olduğu müəyyənləşib və həmin məhsulların yarmarkada satışına icazə verilməyib:
“Yarmarka ərzində anbarda saxlanan 120 ton balın 116 tonu arıçıların gündəlik sifarişləri əsasında satışa buraxılıb. Aparılan gündəlik monitorinqlər nəticəsində yarmarkanın gedişində 100 tondan artıq balın satıldığı müəyyənləşib”.
V.Hüseynov yarmarka dövründə möhtəkirlərin ətraf ərazilərdə ucuz qiymətə saxta bal satması hallarının qarşısını almaq üçün tədbirlər görüldüyünü deyib:
“Yarmarkanın təşkili zamanı Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığında, “Gənclik” metrosunun ətrafında möhtəkirlərin saxta bal satışının qarşısı almaq üçün mütəmadi tədbirlər görülüb. Daxili İşlər Nazirliyinin post-patrul xidmətinin əməkdaşları həm yarmarka keçirilən bölgədə, həm də ətraf ərazilərdə təhlükəsizliyin təmin olunmasına cəlb ediliblər. Tofiq Bəhramov adına Respublika Stadionunun mühafizə xidmətinin, Azərbaycan Arıçılar Assosiasiyasının və polis əməkdaşlarının səyi nəticəsində ətraf ərazilərdə möhtəkirlərin ucuz qiymətə saxta bal satışının qarşısı alınıb”.
Yarmarkada balın qiymətini isə əvvəlki illərdən fərqli olaraq arıçılar özləri müəyyənləşdiriblər: “Yarmarkada satışa çıxarılan balın qiymətini arıçılar özləri müəyyənləşdiriblər. Qiymətlər ilk günlər 20-40 manat arasında dəyişib, yarmarkanın son günlərində isə 15-25 manat olub. Qiymətlər arıçılar gətirdikləri məhsulun böyük hissəsini satdıqdan sonra enməyə başlayıb. Arıçılarla arasında keçirilən sorğu zamanı yarmarkada balın orta qiymətinin 18-23 manat olduğu müəyyənləşib”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv