Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

Gürcüstandan Azərbaycana qanunsuz yolla pirotexniki vasitələr keçirilməsinin qarşısı alınıb

<b>Gürcüstandan Azərbaycana qanunsuz yolla pirotexniki vasitələr keçirilməsinin qarşısı alınıb</b>

Dövlət Gömrük Komitəsinin Əməliyyat İdarəsi və Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan birgə məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana keçən "BMW 528" markalı avtomobil saxlanılıb

Komitədən Trend-ə verilən məlumata görə, Azərbaycan vətəndaşına məxsus nəqliyyat vasitəsinə gömrük baxışı keçirilməzdən əvvəl avtomobilin sahibi şifahi sorğu-sual edilib. Vətəndaş idarə etdiyi avtomobilində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, gömrük yoxlaması zamanı avtomobilin salonunda oturacağın söykənəcəyinin arxasında və dörd qapısının aşağı hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerlərindən 66 000 ədəd pirotexniki vasitələr aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv