Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

Bu kəsmiklər sağlamlıq üçün təhlükəlidir - İçərisində nişasta var

<b>Bu kəsmiklər sağlamlıq üçün təhlükəlidir - İçərisində nişasta var</b>

Rusiyanın İstehlakçılar İttifaqının Ekspert Şurası "Roskontrol" satışda olan kəsmiklərin tərkibini laborator təhlil edib. Trend-in məlumatına görə, laborator analizlərə "Ostankinskoye", "Milava", "Domik v derevne", "Prostokvaşina", "Dmitrovskiq moloçnıy zavod" kəsmikləri cəlb edilib

Mütəxəssislər kəsmikləri 50 parametrinə görə təhlil ediblər.
Məlumata görə, nümunələrin heç birində mütəxəssislər sağlamlıq üçün ziyanlı maddə aşkar etməyiblər. Lakin yalniz "Ostankinskoye" kəsmiyindən başqa, bütün kəsmiklərdə nişasta olduğu müəyyən edilib. Hərçənd bəzi ərzaq məhsullarında nişasta əlavəsinin olması normal olduğu halda, təsdiq olunmuş standarta görə, kəsmiklərdə nişasta olmağına icazə verilmir. Nişasta kəsmiyin qatı və möhkəm qalması üçün əlavə edilir.
Nişasta məişətdə və texnikada istifadə olunan, böyük miqdarda qlükozanın birləşməsindən əmələ gələn karbohidratdır. Kartof, düyü, buğda kimi qidanın əsasını təşkil edir. Meyvələrdə nişastanın miqdarı daha azdır. Meyvələrin yetişmə dərəcəsi də nişastanın faizlə miqdarının dəyişməsinə səbəb olur. Yetişmiş meyvələrdə nişastanın miqdarı nəzərə alınmayacaq dərəcədə az olur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv