Son xəbərlər
16 NOYABR
15 NOYABR
14 NOYABR
İQTİSADİYYAT

Bu il Buşehr AES-də 3 milyard kilovat-saatdan artıq elektrik istehsal olunub

<b>Bu il Buşehr AES-də 3 milyard kilovat-saatdan artıq elektrik istehsal olunub</b>

Cari ilin ilk yarısında Buşehr Atom Elektrik Stansiyasında 3 milyard 456 milyon kilovat-saat elektrik istehsal olunub və 3 milyard 140 milyon kilovat-saat elektrik ölkənin elektrik şəbəkəsinə təhvil verilib

Trend-in məlumatına görə, bu barədə İranın Atom Enerjisi Təşkilatının informasiya portalı xəbər yayıb.
Qeyd edək ki, Buşehr Atom Elektrik Stansiyası 2011-ci ildə istifadəyə verildikdən və 2013-cü ildə ticarət şəbəkəsinə qoşulduqdan sonra cari ilin ilk altı ayının sonunadək 31 milyard 653 milyon kilovat-saat elektrik istehsal edib və onun 28 milyard 727 milyon kilovat-saatı ölkənin elektrik şəbəkəsinə təhvil verib.
Atom Elektrik Stansiyası 7 illik fəaliyyəti dövründə ümumilikdə milyardlarla dollar dəyərində qalıq enerjilər, o cümlədən 50, 5 milyon barel neft və ya 7 milyard 676 milyon kubmetr təbii qaza qənaət edilməsinə səbəb olub. Beləliklə, hətta hər bir barel neft 50 dollar hesablanarsa, təxminən 2,5 milyard dollar vəsaitə qənaət olunub.
Həmçinin Buşehr AES fəaliyyətə başladığı vaxtdan təxminən 29 milyon ton müxtəlif çirkləndirici qazların ətraf mühitə yayılmasının azalmasına kömək edib. İstixana qazları və Yer kürəsinin istiləşməsi nəticəsində yaranan problemləri nəzərə alaraq AES-in fəaliyyəti istixana qazlarının azalmasına kömək edir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv