Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
DÜNYA

Tatarıstanda İŞİD-in özəyi aşkar edildi: saxlanılanlar var

<b>Tatarıstanda İŞİD-in özəyi aşkar edildi: saxlanılanlar var</b>

Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyası ilə birgə Tatarıstanda İŞİD terror təşkilatının özəyini aşkar edib

Trend-in məlumatına görə, birgə xüsusi əməliyyat zamanı gizli terror özəyinin fəaliyyətinin qarşısı alınıb. Onların İŞİD-in xaricdəki rəhbərlərindən tapşırıqlar aldığı bildirilir.
Qrup üzvləri Rusiya Federasiyasının ərazisində bir sıra hay-küylü terror aktı törətməyi və Suriyadakı döyüşçülərə qoşulmağı planlaşdırırmış.
Əməliyyat zamanı 6 qrup üzvü və onların təsiri altına düşmüş 11 nəfər saxlanılıb. 18 ünvanda odlu silah və döyüş sursatları aşkar edilib.
Operativ-axtarış tədbirləri və istintaq fəaliyyəti davam etdirilir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv