Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

Daxili İşlər Nazirliyi vakant vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edir

<b>Daxili İşlər Nazirliyi vakant vəzifələrə qəbulla əlaqədar müsabiqə elan edir</b>

Daxili İşlər Nazirliyi İmişli rayon “ASAN Xidmət” mərkəzində Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanların kiçik rəis heyəti vəzifələrində vakant olan 3 yerə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Nazirlikdən verilən məlumata görə, müsabiqədə yaşı 25-dən yuxarı olmayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, ali və ya orta-ixtisas təhsilli, özü və yaxın qohumları məhkum olunmamış, yaşayış yeri üzrə İmişli şəhərində və ətraf rayonlarda daimi qeydiyyatda olan, boyu 160 santimetrdən yuxarı olan qadın, 170 santimetrdən yuxarı olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş kişi vətəndaşlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, ali təhsilli, xarici dil bilən və kompyuterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2018-ci ilin oktyabr ayının 30-dan noyabr ayının 20-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri Nizami rayonu Məhsəti küçəsi 160 ünvanında yerləşən DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Arxiv uçot şöbəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;
- əmək kitabçası (olanlar üçün).
- hərbi bilet (kişilər üçün).









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv