Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
DÜNYA

Dünyanın ən hündür heykəli Hindistanda ucaldıldı

<b>Dünyanın ən hündür heykəli Hindistanda ucaldıldı</b>

Hindistanın Baş naziri Narendra Modi dünyada ən hündür heykəlin - Hindistan milli azadlıq hərəkatının liderlərindən biri, dövlət xadimi Villabhai Patelin (1875-1950) abidəsinin açılışında iştirak edib.
Trend-in məlumatına görə, Hindistanın şimal-qərbində, Qucarat ştatında açılışı olan heykəl rəsmi olaraq "Birlik abidəsi" adlandırılıb. Heykəlin hündürlüyü 182, postamentlə birlikdə ümumi hündürlüyü isə 240 metr təşkil edir. Bu, Nyu Yorkdakı Azadlıq heykəlindən təqribən 2 dəfə böyükdür. Abidənin müəllifi tanınmış hindistanlı heykəltəraş Ram Vanci Sutardır.
Heykəlin tikintisi 33 ay çəkib. Patelin fiqurunun içində iki sürətli lift quraşdırılıb. 150 m yüksəklikdə isə eyni vaxtda 200 turist qəbul etmək olur. Abidənin ayaq hissəsində siyasətçiyə həsr olunmuş muzey yaradılıb.
Abidənin inşası üçün ümumilikdə 210 min kubmetr beton, 18,5 min ton metal konstruksiya, o cümlədən 6,5 min ton polad armaturdan istifadə olunub. Heykəl sürəti 180 km/s-dək olan qasırğalı küləyə və 6,5 maqnitudalı zəlzələyə davamlıdır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv