Son xəbərlər
16 NOYABR
15 NOYABR
14 NOYABR
MƏDƏNİYYƏT

Norveç Krallığının rəsmisi Tərcümə Mərkəzində

<b>Norveç Krallığının rəsmisi Tərcümə Mərkəzində</b>

Norveç Krallığının müvəqqəti işlər vəkili cənab Olav-Nils Tue Azərbaycan Tərcümə Mərkəzində olub

Mrəkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı, əsərləri Mərkəz tərəfindən müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş məşhur Norveç yazıçı və şairləri – B.Börnson, K.Hamsun, H.İbsen, Y.Qorder, A.Turqer Li, K.Sandel, A.Omre, E.Orvil, F.Harverol, T.Nedreos, İ.Svinsos, L.A.Holma, O.Vinger, Q.B.Qunnersenin yaradıcılığından söhbət açılıb, Azərbaycan-Norveç ədəbiyyatları arasında ədəbi-mədəni körpülərin qurul¬ma¬sı, Azərbaycan ədəbiyyatının Norveçdə tanıdılması və təbliği istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilib.
Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan “XX əsr Norveç hekayələri” və məşhur Norveç yazıçısı Tarey Vesosun “Buz qəsr” kitabları təqdim edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv