Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

DİN rəsmisi: İnternet təhlükəsizliyinin təmini üçün məktəblərdə maarifləndirmə tədbirləri artırılmalıdır

<b>DİN rəsmisi: İnternet təhlükəsizliyinin təmini üçün məktəblərdə maarifləndirmə tədbirləri artırılmalıdır</b>

Uşaqların internet təhlükəsizliyinin təmini sahəsində məktəblərdə maarifləndirmə tədbirlərinin artırılması vacibdir

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin Baş idarənin şöbə rəisi Adıgözəl Adıgözəlov "Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramının (“Kidsafe”) təqdimatında çıxış edərkən deyib.
Onun sözlərinə görə, uşaqlar yalnız evdə mövcud olan internetdən istifadə etmirlər: "Onlar internet klublarda, məktəblərdə də internetə qoşulur və informasiya əldə edirlər".
A.Adıgözəlov bildirib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məktəblərdə filterlənmiş internetdən istifadə edilir: "Lakin internet klublar haqqında bunu deyə bilmərik. Buna görə də uşaqların internet təhlükəsizliyinin təminində atılacaq addımlardan biri də uşaqlara bu mövzunun düzgün çatdırılmasıdır".
Şöbə rəisi əlavə edib ki, Azərbaycanda uşaqların sağlamlığı və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün telekommunikasiya operatorları və internet provayderlərinin məsuliyyəti artırılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv