Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
İQTİSADİYYAT

Ukraynalı ekspert: Azərbaycan iqtisadiyyatının uğurları düşünülmüş dövlət siyasətinin nəticəsidir

<b>Ukraynalı ekspert: Azərbaycan iqtisadiyyatının uğurları düşünülmüş dövlət siyasətinin nəticəsidir</b>

Azərbaycan iqtisadiyyatının uğurları ölkə rəhbərliyinin düşünülmüş dövlət siyasətinin göstəricisidir

Bunu Trend-ə ukraynalı ekspert Aleksandr Oxrimenko Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşmasını şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının artımına son illərdə keçirilmiş köklü islahatlar yardım edib:
“Aydındır ki, Azərbaycan biznes mühitinin yaxşılaşmasına doğru hərəkət edir, bu isə bazar iqtisadiyyatı şərtlərində böyük əhəmiyyət kəsb edir. Azərbaycanda özəl biznesin aparılması üçün optimal şəraitin yaradılması onu göstərir ki, dövlət investisiya mühitinin yaxşılaşmasında və öz vətəndaşlarının rifahının artmasında maraqlıdır. Əlbəttə ki, dövlət tərəfindən bu cür yanaşma yalnız müsbət nəticələr verə bilər”.
Qeyd edək ki, Azərbaycan Dünya Bankının "Doing Business-2019" reytinqində 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bundan əvvəlki hesabatda ölkəmiz 57-ci yerdə idi.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv