Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

Dövlət sərhədini pozan müəssisə rəhbəri narkotiklə saxlanılıb

<b>Dövlət sərhədini pozan müəssisə rəhbəri narkotiklə saxlanılıb</b>

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri davam etdirilir

DSX-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 31 oktyabr tarixində Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən AR-nın Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışda olan “AMAY” MMC tərəfindən İranda təsis edilmiş “Azər Caspian İran” şirkətinə məxsus müəssisələrə rəhbərlik edən 20.10.1976-cı il təvəllüdlü Bayramov Nizami İmran oğlu Yardımlı rayonu ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.
N.Bayramovun üzərinə baxış keçirilərkən 20 qram tiryək, “Nokia” markalı mobil telefon, 150 ABŞ dolları və 100 manat pul aşkarlanıb.
Saxlanılan şəxsə həmin əməllərinə görə AR CM-nin 318.1-ci, 206.2-ci və 234.1-ci maddələri üzrə ittiham elan edilib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv