Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
HADİSƏ

Milli Məclisdə müzakirələr: “Siqaretin kino yaradıcılığına nə dəxli var?“

<b>Milli Məclisdə müzakirələr: “Siqaretin kino yaradıcılığına nə dəxli var?“</b>

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanun layihələrinin müzakirəsi zamanı Milli Məclisin deputatları məsələlərə fərqli münasibət bildiriblər

Trend-in məlumatına görə, iclasda layihələri təqdim edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, kino və teatr səhnəsində siqaretə qadağanın tətbiqi Azərbaycanda kino yaradıcılığına ziddir: "Hollivud tərəfindən yüzlərlə filmdə tütün məhsullarından istifadə edilib".
ABŞ, Fransa və digər ölkələrin təcrübələrindən misal gətirən R.Hüseynova Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən irad tutulub: “Bura nə ABŞ-dır, nə də Hollivud. Bura Azərbaycandır və qanun layihəsi də III oxunuşa çıxarılır”.
Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə deyib ki, hazırda Hollivudda çəkilən filmlərin 95 faizində tütündən istifadə yığışdırılır:
“Rusiya Dövlət Dumasında da həm teatr, həm də kinolarda tütündən istifadə məhdudlaşdırılır. Artıq Türkiyədə də buna qadağa qoyulduğunu yəqin ki, görürsünüz. O ki qaldı filmdə və teatrlarda siqaretə qadağanın Azərbaycanda kino yaradıcılığa zidd olması məsələsinə, mən bunu başa düşə bilmirəm. Siqaretin kino yaradıcılığına nə dəxli var? Bir tərəfdən deyirsiniz ki, ziyandır, o biri tərəfdən teatr səhnəsinə çıxarırsınız. Bunun özü təbliğatdır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv