Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SOSİAL

Türkiyənin nümayəndə heyəti ATU-nun rektorunun qonağı olub

<b>Türkiyənin nümayəndə heyəti ATU-nun rektorunun qonağı olub</b>

Azərbaycan Tibb Universitetində (ATU) gənc alimlərin, rezidentlərin və tibb tələbələrinin “V Beynəlxalq Tibb Konqresi” keçirilir

Universitetdən AZƏRTAC-a bildiriblər ki, konfrans çərçivəsində Türkiyə Endoskopik Laporaskopik Cərrahlar Dərnəyinin prezidenti, professor Cavit Avcının başçılığı ilə dərnəyin nümayəndə heyəti ATU-nun rektoru Gəray Gəraybəylinin qonağı olub.
Rektor universitetlə Türkiyə Endoskopik Laporaskopik Cərrahlar Dərnəyi arasında əlaqələrin genişləndirilməsindən məmnunluğunu bildirib: “ATU-nun xarici əlaqələri sırasında Türkiyənin ali məktəbləri ilə münasibətlər bizim üçün xüsusi yer tutur. Ötən il Hacettepe Universiteti ilə əməkdaşlığa dair saziş imzalamışıq. Bu yaxınlarda Ərzurum Atatürk Universiteti ilə əlaqələr qurmaq üçün ATU-nun nümayəndə heyəti orada olacaq. Bizim indi əsas hədəfimiz tədris proqramlarının dəyişdirilməsi və tamamilə beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. İnanırıq ki, buna nail olduqdan sonra tələbə mübadiləsi daha da aktivləşəcək”. G.Gəraybəyli xatırladıb ki, Türkiyə Ali Təhsil üzrə Şuranın xətti ilə hər il qardaş ölkədən 150-yə yaxın tələbə Azərbaycan Tibb Universitetinə oxumağa gəlir. Lakin gələcəkdə bu göstəricinin daha da yüksələcəyini gözləmək olar.
C.Avcı qeyd edib ki, konqres çərçivəsində tələbələr üçün xüsusi kursların təşkili çox vacib və faydalıdır: “Biz hamımız həm müəllim, həm də həkim cərrahıq. Ona görə də bildiyimizi öyrətməyə, paylaşmağa çalışırıq. Laporoskopik cərrahiyyə tibbin nail olduğu ən vacib sahələrindən biridir. Burada telesəhiyyə də mühüm rol oynayır. Ona görə də telesəhiyyənin imkanlarından faydalanmağı öyrətmək lazımdır. İnanıram ki, laporoskopik cərrahiyyə gələcəkdə daha da inkişaf edəcək”.
Görüş zamanı Türk Endoskopik Laporoskopik Cərrahiyyə dərnəyinin təşkilatçılığı ilə növbəti konfransın təşkili məsələsi də müzakirə olundu.
Sonda rektor qonaqlara ATU-nun medalını təqdim edib.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv