Son xəbərlər
19 NOYABR
18 NOYABR
16 NOYABR
15 NOYABR
İQTİSADİYYAT

Əhliman Əmiraslanov: 2019-cu il dövlət büdcəsi layihəsində elm sahəsinə ayrılan vəsait artırılsa da...

<b>Əhliman Əmiraslanov: 2019-cu il dövlət büdcəsi layihəsində elm sahəsinə ayrılan vəsait artırılsa da...</b>

2019-cu il dövlət büdcəsi layihəsində elm sahəsinə ayrılan vəsait artırılsa da, bu artım çox azdır

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil və Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemində çalışanların da əməkhaqları aşağıdır və onların da maaşlarının artırılması üçün vəsait ayrılmalıdır.
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli də Ə.Əmiraslanovun səsləndirdiyi fikirlərlə razılaşıb: "AMEA-ya dövlət büdcəsindən ayrılan vəsait illərlə sabit qalır. Akademiya isə inkişaf edir, bu rəqəmin hər il sabit qalması imkanları məhdudlaşır. Təklif edərdim ki, Akademiyaya ayrılan vəsait artırılsın. Akademiya böyük elmi bazadır və onun fəaliyyətinə dəstək verilməlidir”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv