Son xəbərlər
16 NOYABR
15 NOYABR
14 NOYABR
MƏDƏNİYYƏT

Nazirdən TƏKLİF: Mədəniyyət sahəsində sponsorluqla bağlı qanunvericilik bazası yaradılsın

<b>Nazirdən TƏKLİF: Mədəniyyət sahəsində sponsorluqla bağlı qanunvericilik bazası yaradılsın</b>

Bu gün mədəniyyət sahəsinə ayırmaların edilməsi, ianələrin verilməsi, sponsorluq qanunvericilik çərçivəsində həll olunmalıdır

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə komitələrinin birgə iclasında çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazir təklif edib ki, mədəniyyət sahəsində sponsorluq hərəkatının genişləndirilməsi üçün qanunvericilik bazası yaradılsın: "Hazırda mədəniyyətin maliyyələşdirilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Mədəniyyət sahəsində böyük optimallaşdırma işləri aparılır. Bunun nəticəsi olaraq, lazımsız iş yerlərinin bağlanması, vəsaitin daha səmərəli xərclənməsi və strukturun formalaşdırılmasında çox qətiyyətli addımlar atılıb”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv