Son xəbərlər
16 NOYABR
15 NOYABR
14 NOYABR
HADİSƏ

Məktəblərdə gündəlik ərzaq xərclərinə ayrılan vəsaitin artırılması nəzərdə tutulur

<b>Məktəblərdə gündəlik ərzaq xərclərinə ayrılan vəsaitin artırılması nəzərdə tutulur</b>

Məktəblərdə gündəlik ərzaq xərclərinə ayrılan vəsaitin artırılması nəzərdə tutulur

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.
S.Şərifov bildirib ki, cari ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması qərarı verilib: "Bu qərarın maliyyə təminatının növbəti ildə də yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur. Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb. Eyni zamanda pensiya təminatı sahəsində, əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manat ayrılması nəzərdə tutulub”.
Nazir qeyd edib ki, orta məktəblərdə gündəlik ərzaq xərclərinə ayrılan vəsaitin həcminin artırılması nəzərdə tutulub: “Səhiyyə sahəsinə ayrılan xərclər də ciddi şəkildə artıb. Bu, daha çox tibbi sığorta ilə bağlıdır”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv