Son xəbərlər
16 NOYABR
15 NOYABR
14 NOYABR
HADİSƏ

“Azəriqaz“ qazdan boğulma hallarına qarşı mübarizə tədbirlərinə başladı

<b>“Azəriqaz“ qazdan boğulma hallarına qarşı mübarizə tədbirlərinə başladı</b>

"Azəriqaz" İstehsalat Birliyi dəm qazından boğulma hallarının qarşısını almaq üçün abonentlər arasında maarifləndirmə işlərinə başlayıb

Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.
Onun sözlərinə görə, qurum əməkdaşları yeni qazlaşdırılan yaşayış məntəqələrində abonentlərlə yeni müqavilə bağlayarkən onlara həmçinin maarifləndirici bukletlər paylayır: "Həmçinin "Azəriqaz" digər qurumlarla birgə də tədbirlər keçirir, əhalinin sıx olduğu yerlərdə, meydanlarda xüsusi maarifləndirici proqramların asılmasına, elanların yazılmasına başlanılıb. Dəm qazından istifadə qaydalarına riayət etməmək bu cür bədbəxt hadisələrə səbəb olur".
Birlik rəsmisi vurğulayıb ki, təbii qazla işlədilən su qızdırıcısı quraşdırılan zaman vanna otaqlarının həcmi standartlara cavab verməlidir: "Vanna otağının həcmi 7,5 kubmetrdən, hündürlüyü 2 metr 20 santimetrdən az olmamalıdır, qapı çölə açılmalı və qapının aşağı hissəsində xüsusi formalı nəfəsliklər olmalıdır. Ən əsası isə vanna otağının tüstü bacası ildə iki dəfə təmizlənməlidir".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv