Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SOSİAL

Nazir müavini: Əsas hədəf cəmiyyətdə olan fəal gənclərin işlərini ictimaiyyətə geniş şəkildə çatdırmaqdır

<b>Nazir müavini: Əsas hədəf cəmiyyətdə olan fəal gənclərin işlərini ictimaiyyətə geniş şəkildə çatdırmaqdır</b>

Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 100-dən çox gənclər təşkilatının V Respublika sərgisi keçirilir

Trend-in məlumatına görə, sərginin açılışından sonra jurnalistlərə açıqlama verən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu kimi sərgilər ölkədə fəal olan gənclərin işlərinə böyük təkan verir:
“Bu gün gənclər təşkilatlarının artıq sayca V Respublika sərgisi keçirilir. Ənənəyə görə, sərgidə Azərbaycanın aparıcı gənclər təşkilatlarının fəaliyyəti, dövlət gənclər siyasəti çərçivəsində keçirilən proqramlar nümayiş olunur. Düşünürəm ki, bu kimi sərgilərin keçirilməsində əsas hədəf cəmiyyətdə olan fəal gənclərin işlərini ictimaiyyətə geniş şəkildə çatdırmaqdır”.
Nazir müavininin sözlərinə görə, sərgidə 11 gənclər evi və 85 gənclər təşkilatı iştirak edir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv