Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SOSİAL

BANM-ın tələbələrinin layihəsi Yaponiyanın marağına səbəb olub

<b>BANM-ın tələbələrinin layihəsi Yaponiyanın marağına səbəb olub</b>

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri - “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan V kurs tələbələri Aleksandr Oborovskiy və Elmar Əsgərzadə “Cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı olan “ClimateLaunchpad” biznes yarışmasında Azərbaycanı və Bakı Ali Neft Məktəbini təmsil ediblər

Trend-in məlumatına görə, Böyük Britaniyanın Edinburq şəhərində keçirilən yarışmada tələbələr “ThermoNorth” startap layihəsi ilə 1.5 illik elmi tədqiqat mövzuları ilə çıxış ediblər. Dünyanin 45 ölkəsindən 135-dən çox layihənin təmsil olunduğu yarışmada tələbələrimizin layihəsi böyük marağa səbəb olub. Belə ki, təqdimatdan dərhal sonra müxtəlif sahələrdən olan ekspertlər müraciət edərək layihə haqqında daha geniş məlumat xahiş edib, xüsusilə layihənin elmi tədqiqat hissəsi ilə daha yaxından maraqlanıblar.
Bundan əlavə, layihənin üzvləri 6-7 dekabr Tokioda keçiriləcək “Tran/Sum” Global Transport and Mobility konfransinda iştirak etmək üçün dəvət alıblar.
Xatırladaq ki, layihənin əsas məqsədi soyuq ölkələrdə maşın mühərrikini sərt hava şəraitinin təsirlərindən qorumaq üçün enerji saxlayan maddə istehsal etməkdir. Əsas hədəf auditoriyası logistika şirkətləri olan bu layihə həmin şirkətləri bir araya gətirəcək Tokioda keçiriləcək konfransda təqdim ediləcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv