Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SİYASƏT

“İdarəetmədə xərclər azaldılmalıdır”

<font color=red><b>“İdarəetmədə xərclər azaldılmalıdır” </b></font>

Qüdrət Həsənquliyev: “Ölkədə doğuşun sayı il ərzində 170 mindən 103 minə düşüb”

Biz bu gün sosial təminat və müdafiəni həyata keçirən orqanının fəaliyyətini müzakirə edirik. Doğurdan da, bizim keçmiş əməkdaşımız Sahil müəllim bu istiqamətdə xeyli işlər görür, isdlahatlar aparır. Xüsusilə Dost Mərkəzlərinin yaradılması insanlar tərəfindən təqdir olunur. Bu sözləri Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib. Millət vəkili xatırladıb ki, büdcə müzakirəsi zamanı bu və ya digər sahəyə daha artıq vəsait ayırmağın tərəfdarı kiçi çıxış edib, amma təəssüflər olsun ki, fondun büdcəsi çox məhdududur: “Biz çalıçmalıyıq ki, daha çox vəsait toplayaq. Vəsait toplamaq üçün insanların əmək haqqı artırılmalıdır. Burada Hadı Rəcəbli dedi ki, ölkəmizdə doğuşun sayı il ərzində 170 mindən 103 minə düşüb. Həqiqətəndə bu hər birimizi düşündürməlidir. Adətən sosial vəziyyət aşağı olanda insanlar ailə qurmur, dünyaya uşaq gətirmək istəmirlər. Burada qeyd edildi ki, doğuşa görə, müavinət artırılsın, 3 yaşına qədər uşaqlara müavinətlərin verilməsi məsələləri həll edilsin. Avropanın ən inkişaf edən dövlətlərində uşaqlara 18 yaşına çatana qədər müəyyən müavinətlər verilir. Bu məbləğ bəzi hallarda 200 avro həcmində olur. Azərbaycanda da buna böyük ehtiyac var. Hesab edirəm ki, müəyyən islahatlar aparsaq, buna nail ola bilərik. Həmkarım Fazil Mustafa qeyd etdi ki, hər şey kadrlardan başlayır. Vaxtı ilə Stalin də deyirdi ki, hər şeyi kadrlar həll edir. Amma mən hesab edirəm ki, hər şeyi islahatlar həll edir. Biz islahatlara getməsək, bu problemləri həll edə bilməyəcəyik”.
Qüdrət Həsənquliyev bildirib ki, ilk növbədə idarəetmədə xərclər azaldılmalıdır: “Mən komitənin iclasında da qeyd etdim ki, Azərbaycanda büdcə vəsaitləri hesabına çalışanların sayının gələn il üçün 19300 nəfər artırılması proqnozlaşdırılır. Mətbuatdan oxudum ki, Ermənistanda gələn il büdcədən maliyyələşən 150 min insanın ixtisarı nəzərdə tutulur. Biz çalışmalıyıq ki, maksimum az sayda insanlarla daha çox iş görək, büdcə xərclərini maksimum dərəcədə azaldaq. Bundan başqa, bir çox müəssisələr var. “Azərkosmos”, “Azəriqaz”, “Azəristilik”, “Azərsu” və s. Ümumiyyətlə dövlətə məxsus olan səhmdar cəmiyyətləri var ki, onları özəlləşdirməyin vaxtı çoxdan çatıb. Xidmət sahələrini özəlləşdirməliyik. Həm buradan büdcəyə böyük pullar daxil ola bilər, həm də bu şirkətlər gələcəkdə büdcəyə vergi ödəyər. Məsələn, biz gələn ilin investisiya qoyuluşunda energetika və sənayeyə 782,9 milyon manat vəsait ayırırıq. Gəlin görək bu sektor büdcəyə nə qədər vergi verir? Biz müxtəlif adlarla onların ödədiyi vergini yenidən qaytarıb özlərinə veririk. Hesab edirəm ki, bu xidmət sahələrini mütləq özəlləşdirmək lazımdır. Siyavuş Novruzov burada qeyd etdiyi kimi uzun müddətə idarəetməyə verilməlidir ki, dövləti bu yükdən azad edək. Bu halda sizi əmin edirəm ki, gələcək 2-3 il ərzində büdcənin həcmini 40-50 milyard dolara qaldıra bilərik. O zaman pensiyaları artırmaq, uşaq pulunu ödəmək və əlillərlə bağlı məsələləri yoluna qoymaq üçün pul tapmış olacağıq. Amma bu islahatları aparmadan, dövlətin yükünü azaltmadan, bunları etmək çətin olacaq”. Qüdrət Həsənquliyev Baklıda sərnişindaşıma ilə bağlı problemə də toxnub: “Bakı şəhərində sərnişindaşıma nədir ki? Əvvəllər çoxlu özəl şirkələr vardı və onlar vergi ödəyirdi. İndi onu da artıq dövlət öz üzərinə götürür. Sahibkarlar müasir avtobus ala bilmirlərsə, dövlət özü həmin pula avtobus alınca, bu maliyyəni sahibkarklara kredit kimi verə bilər. Həmin sahibkarlar da müasir avtobuslar ala bilərlər. Bird aha qeyd edirəm, biz sahibkarların ucuz və aşağı faizlə kreditlətə çıxışını təmin, ölkəyə xarici investisiyaları cəlb edə bilməyəcəyiksə, dövlət investisiya qoyuluşu, daha çox dövlətin idarə, müəssisə və təşkilatlarına dəstək vermək yolu ilə iqtisadiyyatın sürətli inkişaf tempini təmin edə bilməyəcəyik. Ona görə də ölkədə böyük özəlləşdirməyə gedilməlidir. Bunu etsək digər problemləri də həll edə biləcəyik”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv