Son xəbərlər
13 DEKABR
12 DEKABR
11 DEKABR
SİYASƏT

Əli Əhmədov: Azərbaycan hökuməti özünəməşğulluq üçün əhəmiyyətli stimullaşdırıcı tədbirlər həyata keçirməyi nəzərdə tutub

<b>Əli Əhmədov: Azərbaycan hökuməti özünəməşğulluq üçün əhəmiyyətli stimullaşdırıcı tədbirlər həyata keçirməyi nəzərdə tutub</b>

Azərbaycan hökuməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə özünəməşğulluq üçün əhəmiyyətli olan stimullaşdırıcı tədbirlər həyata keçirməyi, o cümlədən maliyyə vəsaiti ayırmağı nəzərdə tutub

Trend-in məlumatın görə, bunu Baş nazirin müavini Əli Əhmədov “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” ilə birgə Qlobal Sahibkarlıq Həftəsinin qeyd olunmasına həsr edilmiş “Üfüqdə yeni fürsətlər: qadın sahibkarlara yaşıl işıq!” adlı ilk konfransda çıxışı zamanı deyib.
Ə.Əhmədov bildirib ki, Azərbaycanda kiçik sahibkarlığın formalarından biri kimi özünəməşğulluq forması tətbiq edilir. Bu da qadınların əmək fəaliyyətinin artırılmasına əlavə imkan yaradır.
Baş nazirin müavini hesab edir ki, Azərbaycanda qadınlar özünəməşğulluğun inkişaf etdirilməsi üzrə hökumətin müəyyənləşdirdiyi proqramlarda iştirak etməklə kiçik istehsal və xidmət göstərmək üçün müəyyən vərdiş və biliklər əldə edəcəklər.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti qadınların kiçik və orta sahibkarlıqla məşğulolma səviyyəsinin artırılması üçün proqramlar həyata keçirir: "Biz qadınların kiçik və orta sahibkarlıqla məşğul olmasını stimullaşdırılmaq üçün tədbirlər həyata keçiririk. Qadınlarımız ailə həyatının qayğısının böyük hissəsini öz üzərilərinə götürdüklərindən onların kiçik və orta sahibkarlıqla məşğul olması imkanları bir-birini tamamlamır".
Onun sözlərinə görə, hökumətin diqqət mərkəzində saxladığı məsələlərdən biri də odur ki, bütövlükdə ailə sferasında qadın əməyi əhəmiyyətli dərəcədə yüngülləşdirilsin və onların kiçik və orta sahibkarlıqla məşğul olmaq, özünüməşgulluqda iştirak etmək imkanları genişləndirilsin:
"Bu da hökumətin müəyyən etdiyi siyasətin tərkib hissəsidir. Qeyd edim ki, bağçalar şəbəkəsinin genişləndirilməsi, məktəblərdə uzun təhsil saatlarının və qrafiklərin tərtib edilməsi bir yandan uşaqların tərbiyə olunması məqsədi güdürsə, digər yandan qadın əməyinin yüngülləşdirilməsi məqsədi daşıyır".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv